İran sərhəddində ABŞ istehsalı silahları daşıyan gəmi saxlanıldı

   İran sərhəddində ABŞ istehsalı silahları daşıyan gəmi saxlanıldı
  21 Fevral 2023    Oxunub:1134
İran sərhədçiləri ölkənin cənubunda ABŞ istehsalı olan 5 minə yaxın soyuq silah olan gəmini saxlayıb. Bunu İranın sərhəd qoşunlarının komandanı Əhməd-Əli Qodarzi deyib.
"Buşehr əyalətində 5000-dən çox xəncər olan gəmi tapılıb, silahlar ABŞ istehsalıdır", - Qodarzi bildirib.

Onun sözlərinə görə, qaçaqmalçılıq yolu ilə gətirilən silahlar ölkədə iğtişaşlar törədən radikal ünsürlər üçün nəzərdə tutulub.

Xatırladaq ki, 2022-ci ilin dekabrında İran təhlükəsizlik qüvvələrinin Sistan və Bəlucistan əyalətində 4 qaçaqmalçı dəstəni saxladığı xəbəri yayılmışdı.Təxminən 100 hərbi silah və xeyli miqdarda sursat ələ keçirilib.

Məlum olub ki, silahlar ölkədə iğtişaşlar və sabitliyin pozulması zamanı istifadə olunmaq üçün gətirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti