NATO Latviyaya minlərlə hərbçi göndərə bilər

   NATO Latviyaya minlərlə hərbçi göndərə bilər
  21 Fevral 2023    Oxunub:819
“Bu yay Latviyaya NATO-nun əlavə qüvvələri gələ və yeni komanda strukturları yaradıla bilər”.
Bunu TV3 telekanalına müsahibəsində Latviyanın müdafiə naziri İnara Murnietse deyib. Onun sözlərinə görə, hərbçilərin köçürülməsi alyansın şərq cinahında qüvvələrin gücləndirilməsini nəzərdə tutan NATO sazişi çərçivəsində həyata keçiriləcək.

Nazir 4 000 - 6 000 müttəfiq əsgərinin Latviyaya gələcəyini gözləyir. O bildirib ki, döyüş qrupunun gücləndirilməsi məsələsi ötən həftə Kanada ilə fəal müzakirə olunub. Latviyanın müdafiə naziri qeyd edib ki, o, Rusiyadan hücum gözləmir və kəşfiyyat məlumatları vəziyyətin nəzarət altında olduğunu göstərir.

AzVision.az


Teqlər:



Xəbər lenti