Moskva Banqladeşə gəmi qadağasına görə xəbərdarlıq etdi
“Görüş zamanı bir sıra aspektləri Rusiya tərəfini ciddi narahat edən Banqladeşlə əməkdaşlığın hazırkı vəziyyətini müzakirə etdik”, - Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
XİN xüsusilə diplomatik missiya rəhbərinin diqqətini ölkəsinin hakimiyyət orqanlarının Banqladeşə yük daşıyan Rusiya gəmilərinin limanlarına girişinə qadağa qoyması barədə qərarı ilə bağlı məlumatlara cəlb edib.
“Bu addım ənənəvi dostluq ikitərəfli münasibətlərinin xarakterinə uyğun gəlmir və müxtəlif sahələrdə əməkdaşlığımızın perspektivlərinə mənfi təsir göstərə bilər”, - məlumatda bildirilib.
AzVision.az
Teqlər: Rusiya







Vaxtında, Aydın, Lazımlı!


