İƏT-in Baş katibi: "Xocalı soyqırımı İrəvanın Azərbaycan ərazisinin işğalının nəticəsidir"

      İƏT-in Baş katibi:    "Xocalı soyqırımı İrəvanın Azərbaycan ərazisinin işğalının nəticəsidir"
  21 Fevral 2023    Oxunub:724
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hiseyn Brahim Taha Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə İƏT-in tviter hesabında paylaşım edilib.

"Azərbaycan Respublikasının Xocalı şəhərindəki soyqırımının anımının 31-ci ildönümü münasibətilə İƏT-in Baş katibi Hiseyn Brahim Taha 1992-ci il qətliamında həyatını itirənlərlə bağlı başsağlığı verir. Xocalı hadisəsi Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsidir. 2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Toplantısının 12-ci Sessiyasında qəbul edilmiş Qahirə Yekun Kommunikesi və təşkilatın XİN rəhbərlərinin 48-ci Sessiyasında qəbul edilmiş "1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik" qətnaməsi işğal altında olan Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi vəhşilikləri hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı kimi tanıyıb", - paylaşımda deyilir.

AzVision.az



Teqlər:



Xəbər lenti