Blinken: "Rusiya ilə silahların məhdudlaşdırılmasını müzakirə etməyə hazırıq"

 Blinken:  "Rusiya ilə silahların məhdudlaşdırılmasını müzakirə etməyə hazırıq"
  21 Fevral 2023    Oxunub:1151
"ABŞ dünyada və ölkələr arasında baş verənlərə baxmayaraq, Rusiya ilə strateji silahların məhdudlaşdırılması məsələsini istənilən vaxt müzakirə etməyə hazırdır".
AzVision.az “The New York Times” qəzetinə istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Afinaya səfərinin gedişində onu müşayiət edən jurnalistlərə deyib.

Diplomat vurğulayıb ki, Rusiyanın Strateji Hücum Silahlarının İxtisarı üzrə Sazişdə iştirakını dayandırması məsuliyyətsizlikdir və dərin təəssüf doğurur. Vaşinqton Rusiyanın hərəkətlərini diqqətlə izləyir, həm ABŞ-ın, həm də müttəfiqlərinin təhlükəsizliyini təmin etməyə hazırdır.

Bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində Moskvanın Strateji Hücum Silahlarının İxtisarı üzrə Sazişdə iştirakını dayandırdığını, lakin ondan çıxmadığını bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti