- Onları dayandırmadılar. Çünki hərbi əməliyyat təhlükəsi yox idi. Buna görə də sonda nüvə potensialını inkişaf etdirdilər, - İsrail rəhbəri qeyd edib.
![]() |
İran nüvə silahının bir addımlığında: Tezliklə gec ola bilər... |
- İndi isə İran nüvə silahı yaratmağa çalışır. Tehranın nüvə proqramının bir illik, 2003-cü ildə İraq müharibəsindən dərhal sonra dondurulmasına nail olunub. Onlar fikirləşdilər ki, siz, yəni Amerika onlara qarşı tədbir görəcək. Buna görə də, dayansalar da sonradan müxtəlif mülki, qondarma tədqiqat təşkilatları ilə maskalanaraq öz proqramlarını təsnif etdilər. Amma onlar öz yollarına davam etdilər. Bir sözlə, İranı dayandırmaq, daha doğrusu, prosesi yavaşlatmaq gördüyümüz müxtəlif tədbirlər, eləcə də tətbiq edilən bəzi sanksiyalar səbəbiylə baş tutdu, - İsrailin baş naziri xatırladıb.
Onun fikrincə, ABŞ-ı İrana qarşı sanksiyalar tətbiq etməyə sövq edən, Tehranı danışıqlar masasına gətirən İsrailin qətiyyətli hərəkətləri olub.
"Həqiqətən yaramaz ölkələri nüvə silahı hazırlamaqdan saxlayan yeganə şey etibarlı hərbi təhdid və ya etibarlı hərbi əməliyyatdır. Bu, sarsıdıcı iqtisadi sanksiyalarla birləşdirilə bilər. Nə qədər uzun müddət gözləsəniz, bir o qədər də proses çətinləşir. Biz çox gözlədik”, - Netanyahu bildirib.
Tural Tağıyev
AzVision.az