Saakaşvilinin çəkisi 67 kiloya düşüb

 Saakaşvilinin çəkisi 67 kiloya düşüb
  22 Fevral 2023    Oxunub:1143
"Hazırda klinikada olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhəti yeməkdən tam şəkildə imtina etdiyinə görə ağırlaşıb".
AzVision.az xəbər verir ki, bunu eks-prezidentin həkimi Tamara Davaraşvili deyib.

O qeyd edib ki, Saakaşvilinin bədən çəkisi xeyli aşağı düşüb. Fevralın 20-nə olan məlumata görə, onun çəkisi 67 kiloqram, bədən kütləsi indeksi isə 18,2-dir. Həkim onun normadan çox zəiflədiyini qeyd edib.

Davaraşvilinin sözlərinə görə, siyasətçi əzalarındakı dözülməz ağrılar səbəbindən vaxtının çox hissəsini yataqda keçirir. O, həmçinin bildirib ki, hazırda əsas problem Saakaşvilinin balanssız qidalanmasıdır. Həkim xəstənin indiki vəziyyətinin parenteral qidalanmaya başlamağa imkan vermədiyini vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Saakaşvili  





Xəbər lenti