Hərbçilər zəlzələdən sonra dağıntılar altından 304 nəfəri sağ çıxarıb

   Hərbçilər  zəlzələdən sonra dağıntılar altından 304 nəfəri sağ çıxarıb
  22 Fevral 2023    Oxunub:809
Türk Silahlı Qüvvələrinin hərbçiləri ölkənin cənub-şərqində baş verən zəlzələdən sonra dağıntılar altından 304 nəfəri sağ çıxarıb.
Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O, bundan əlavə, 2 250 şəxsin cəsədinin də hərbçilər tərəfindən dağıntılar altından çıxarıldığını qeyd edib.

Nazir Akarın sözlərinə görə, 65 təyyarə və 70 helikopter vasitəsi ilə hava dəhlizi yaradaraq, bölgəyə humanitar yardımın çatdırılması, axtarış-xilasetmə işlərinə dəstək təmin edilib.


Teqlər:



Xəbər lenti