İsveçrə bu il Ukraynaya ediləcək yardımın həcmini açıqlayıb
“Federal Şura əmindir ki, hələ də çətin vəziyyətdə olan əhalinin vəziyyətini yaxşılaşdırmaq və dövlətin fəaliyyətini təmin etmək üçün Ukraynaya dəstək davam etməlidir. Bununla əlaqədar, hökumət Ukrayna və Moldovaya 140 milyon frank məbləğində yeni yardım planı təklif edir: Ukrayna üçün 114 milyon, Moldovaya isə 26 milyon”, - hökumətin yaydığı bəyanatda deyilir.
Federal Şuradan xatırladılıb ki, 2022-ci il fevralın 24-dən indiyədək İsveçrə Ukraynaya yardım tədbirləri çərçivəsində təxminən 1,3 milyard frank (1,4 milyard ABŞ dollarından çox) ayırıb. Bu məbləğin 270 milyon frankından çoxu beynəlxalq əməkdaşlıq və digər fəaliyyət növləri çərçivəsində təmin edilib. Öz növbəsində, Ukraynadan olan qaçqınların qəbulu proqramına 1,035 milyard frank ayrılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


