Türkiyədə dağıntılar altından 1 874 uşaq çıxarılıb
Hazırda zəlzələ zamanı xəsarət alan 422 uşağın müalicə prosesi davam edir. Uşaqlardan 1 768-nin şəxsiyyəti müəyyən olunub. Azyaşlılardan 106-nın şəxsiyyəti naməlumdur.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində 43 556 nəfər ölüb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


