Türkiyədə dağıntılar altından 1 874 uşaq çıxarılıb

   Türkiyədə dağıntılar altından 1 874 uşaq çıxarılıb
  23 Fevral 2023    Oxunub:846
Türkiyədə baş vermiş zəlzələdən sonra dağıntılar altından 1 874 uşaq çıxarılıb.
Bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, 1 353 uşaq ailələrinə təhvil verilib, 99 uşaq azyaşlılar üzrə müəssisələrin himayəsinə göndərilib.

Hazırda zəlzələ zamanı xəsarət alan 422 uşağın müalicə prosesi davam edir. Uşaqlardan 1 768-nin şəxsiyyəti müəyyən olunub. Azyaşlılardan 106-nın şəxsiyyəti naməlumdur.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində 43 556 nəfər ölüb.

AzVision.az



Teqlər:



Xəbər lenti