Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub
  23 Fevral 2023    Oxunub:1963
Qazaxıstanın şərqində 4,1 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanlar yerli vaxtla saat 08:01-də qeydə alınıb. Təbii fəlakətin episentri Alma-Atadan 424 km şimal-şərqdə 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Elə həmin gün Qazaxıstanda seysmik stansiyalar şəbəkəsi Tacikistanda 5,6-7 bal gücündə üç zəlzələ qeydə alıb. Xüsusilə, Qazaxıstanın Alma-Ata və Çimkənd şəhərlərində 2-3 bal gücündə (MSK-64 şkalası üzrə) zəlzələ hiss olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti