İrəvanda kimyaçılar aksiya keçirirlər - VİDEO

İrəvanda kimyaçılar aksiya keçirirlər -    VİDEO
  23 Fevral 2023    Oxunub:773
Milli Elmlər Akademiyasının Üzvi və Əczaçılıq Kimyası Elmi-Texnoloji Mərkəzinin əməkdaşları etiraz aksiyası keçirirlər.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, etirazçılar hökumət binası yaxınlığında toplaşaraq baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.

Qeyd edilir ki, kimyaçılar mərkəzə məxsus hovuzun plana salınmamasıdır. Məsələ burasıdnadır ki, ərazi artıq plana salınıb və onun yerində çoxmərtəbəli bina tikiləcək. Hələlik tikinti işləri aparılmasa da, artıq ərazi hasarlanıb.

"Ərazi korrupsiya üsulları ilə satılıb, indi qazma işləri aparırlar. Biz bir şeyi dəqiqləşdirmək istəyirik ki, görəsən baş nazir Nikol Paşinyana bu barədə məlumat verilibmi? Yoxsa əksinə. Bizə hökumətin mövqeyi lazımdır", - mərkəzin direktor müavini Robert Akopyan deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti