Əkiz qardaşına görə ayağını itirdi - FOTO

  Əkiz qardaşına görə ayağını itirdi -    FOTO
  23 Fevral 2023    Oxunub:1643
Türkiyədə baş verən zəlzələlər zamanı Antakyada 28 saat sonra əkiz qardaşı ilə dağıntılar altından çıxarılanlardan biri də 26 yaşlı Emircan Yıldırım olub.
Mersin Universiteti Tibb Fakültəsi Xəstəxanasında müalicə alan Emircan 8 mərtəbəli mənzildə yaşadıqlarını bildirib. Onun sözlərinə görə, zəlzələ zamanı qardaşı ilə birlikdə otaqda yatıblarmış.

"Qapıya qədər gedirdim, amma zəlzələ məni yenidən divara çırpırdı. Gördüm ki, otaqdan çıxa bilməyəcəyik. Ona görə də qardaşımı yanıma çəkib yorqan və döşəyi üstümüzə yığdım. Bunu edərkən boşluğa düşdüm. Zəlzələ məni şüşəyə çırpdı. Huşum getdi. Bina cırıldayıb geriyə doğru gedəndə “aman Allah” dedim. Çünki 8 mərtəbəli bina bir mərtəbəli olmuşdu. Qardaşımı çox sevirdim, sütun onun üstünə düşən zaman tez ayağımla qardaşımı qorumaq istədim.

Sinir bağlarım zədələndi, ayağımı amputasiya etməli oldular. Dağıntılar altında var gücümlə qışqırırıdım. Bu zaman mədəmə daha bir dəmir blok düşdü. Son 8 saatı mədə qanamasından qan qusdum.

Dağıntılar altından çıxarılandan sonra yox olmuş bir şəhəri gördüm. Bütün Antakya məhv olmuşdu".

Yıldırım qardaşının Adanada xəstəxanada müalicə aldığını deyib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti