Rusiyada qırıcı qəza edib, pilot ölüb

Rusiyada qırıcı qəza edib, pilot ölüb
  23 Fevral 2023    Oxunub:852
Belqorod vilayətində Su-25 hücum təyyarəsi qəzaya uğrayıb. Nəticədə pilot ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd edilir ki, təyyarə döyüş tapşırığını yerinə yetirdikdən sonra Belqorod vilayətindəki bazaya qayıdırmış. Qırıcı boş əraziyə düşüb, mülki və ya hərbi obyektlərə ziyan dəyməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti