Moldovada xarici casus şəbəkəsi aşkarlanıb

   Moldovada xarici casus şəbəkəsi aşkarlanıb
  23 Fevral 2023    Oxunub:1016
Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti ölkədə xarici kəşfiyyat şəbəkəsini aşkar edib.
Bu barədə Moldova departamentinin saytı nda yerləşdirilən məlumatda deyilir. Qeyd olunub ki, beş nəfər istintaq altındadır. Onlardan ikisi 2022-ci ilin dekabrında saxlanılaraq həbs edilmiş Moldova vətəndaşlarıdır. Daha üç nəfər isə şübhəli şəxs kimi məsluyyətə cəlb edilib.

İdarənin məlumatına görə, kəşfiyyat şəbəkəsinin üzvləri üçüncü ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən ələ alınıb. Onların hərəkətləri zorakılıq tətbiq edilməklə konstitusiya quruluşunun pozulması kimi qiymətləndirilir. Hesabatda qeyd olunub ki, bu qruplaşmaya qarşı istintaq 2020-ci ildən davam edir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti