Polşada Rusiya kəşfiyyatına işləyən biznesmen tutuldu

   Polşada Rusiya kəşfiyyatına işləyən biznesmen tutuldu
  23 Fevral 2023    Oxunub:686
Uzun illər Polşada yaşayan və bizneslə məşğul olan Rusiya vətəndaşı 2015-ci ildən 2022-ci ilin aprelinə qədər Rusiyaya casusluqda ittiham olunub.
Bu barədə Reuters agentliyi Qdansk Rayon Prokurorluğunun mətbuat katibinin bəyanatına istinadən məlumat yayıb. Qeyd olunub ki, həmin şəxs Polşa Silahlı Qüvvələrinin və NATO qoşunlarının döyüş hazırlığı barədə məlumat toplayıb, daha sonra Rusiya kəşfiyyatına ötürüüb.

"Şübhəlinin casusluq fəaliyyəti Polşanın şimal-şərq hissəsində yerləşən hərbi hissələrə yönəlib", - prokurorluğun açıqlamasında deyilir. Bundan başqa, bu şəxs tərəfindən malların gömrük rəsmiləşdirilməsi ilə bağlı törədilmiş bir sıra korrupsiya hüquqpozmalarının da üstü açılıb. Qeyd olunub ki, onu 10 ilə qədər həbs gözləyir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti