İtaliyalı Admiral: "Rusiya gəmiləri Aralıq dənizində gərginliyi artırır"

      İtaliyalı Admiral:    "Rusiya gəmiləri Aralıq dənizində gərginliyi artırır"
  23 Fevral 2023    Oxunub:976
"Qara və Aralıq dənizlərində Rusiya gəmilərinin sayının artması təhlükə yaratmasa da, gərginliyi artırır".
Bunu İtaliya Respublikasının Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendino deyib. O, əlavə edib ki, mövcud sularda insident riski istisna edilmir. Eyni zamanda, mümkün hadisələrin nəticələrini qabaqcadan görmək çətindir.

"Ukraynadakı münaqişənin təhlükəsizliyimizə bilavasitə təsiri, Aralıq dənizi və Qara dənizlərdə Rusiya donanmasının gəmilərinin sayının Soyuq Müharibə dövründə belə müşahidə etmədiyimiz səviyyəyə qədər əhəmiyyətli dərəcədə artması ilə ifadə edilir. Aralıq dənizində Rusiyanın 15 gəmisi və ballistik raketi olan üç sualtı qayığı var. 2015-ci ildən bu yana onların sayı artıb".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti