Putin çıxışından danışdı: "Özüm belə dinləməkdə çətinlik çəkərdim"

     Putin çıxışından danışdı:  "Özüm belə dinləməkdə çətinlik çəkərdim"
  23 Fevral 2023    Oxunub:1141
Rusiya prezidenti Vladimir Putin Federal Məclisdə uzun müddətli çıxışından danışıb.
AzVision.az xəbər verir ki, prezident zarafatla etiraf edib ki, o özü belə iki saatlıq çıxışı dinləməkdə çətinlik çəkərdi.

Putin çıxış edərkən yuxuladılar - VİDEO
“Siz müraciət haqqında danışdınız. Bilirsiniz, əlbəttə ki, hamısını dinləmək çox çətindir. Demək olar ki, iki saat çəkdi. Əgər dinləməli olsaydım, özüm belə bütün çıxışın hamısına qulaq asmaqda çətinlik çəkərdim. Demək, danışmaq daha asandır, nəinki dinləmək”, - Putin deyib.

Prezident onu da xüsusi olaraq xatırladıb ki, məlum müraciətinin son sözləri "həqiqətin bizim tərəfimizdə olması" idi.

Xatırladaq ki, dünən Rusiya prezidenti Federal Məclisə müraciəti zaman bəzi dövlət qurumlarının vəzifəli şəxsləri yuxulamışdılar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Müraciət  





Xəbər lenti