"Rusiyanın nüvə silahından istifadə edəcəyini düşünmürəm" - Bayden

   "Rusiyanın nüvə silahından istifadə edəcəyini düşünmürəm" -    Bayden
  23 Fevral 2023    Oxunub:1067
Rusiyanın Yeni Strateji Silahların Azaldılması Müqaviləsinindən (START) çıxması nüvə silahından istifadə etməyi düşündükləri qənaətinə gəlməməlidir.
AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden "ABC News" müsahibəsində deyib.

Bayden Rusiyanın bu qərarının "böyük səhv" olduğunu və məsuliyyətli bir hərəkət olmadığını qeyd edib.

"Lakin mən bundan belə nəticə çıxarmıram ki, Rusiya prezidenti Vladimir Putin nüvə silahı və ya buna bənzər bir şey istifadə etməyi düşünür".

Bu problemi həll edə biləcəklərinə əmin olduğunu bildirən Bayden, silahlara nəzarət müqavilələrinin hər iki tərəfin və dünyanın maraqlarına uyğun olduğunu bildirib.

Bayden bildirib ki, Rusiyanın bu məsələ ilə bağlı mövqeyində dəyişiklik əlaməti yoxdur. ifadəsini işlətdi

AzVision.az


Teqlər:





Xəbər lenti