Kremldən yeni səfərbərliklə bağlı xəbərlərə münasibət: "Məlumat yoxdur"

   Kremldən yeni səfərbərliklə bağlı xəbərlərə münasibət:    "Məlumat yoxdur"
  23 Fevral 2023    Oxunub:719
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hazırda ölkədə qismən səfərbərliyin ikinci dalğasının baş verməsi ehtimalı barədə məlumat olmadığını qeyd edib.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü brifinqdə çıxışı zamanı deyib.

Mətbuat katibi 2022-ci ildə Rusiya Federasiyasında elan edilmiş və başa çatdırılmış qismən səfərbərliklə bağlı digər təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında ölkədə qismən səfərbərlik elan edilib. Oktyabrın 28-də Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu qismən səfərbərliyin başa çatdığını elan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti