Makronun seçki kampaniyaları ilə bağlı araşdırmalara başlanıldı

   Makronun seçki kampaniyaları ilə bağlı araşdırmalara başlanıldı
  24 Fevral 2023    Oxunub:761
Fransa Prezidenti Emmanuel Makronun 2017-ci və 2022-ci illərdəki seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi şübhəsi ilə araşdırmalar çərçivəsində “McKinsey” konsaltinq şirkətinin liderlərinin və keçmiş rəhbərlərinin evlərində axtarış aparılıb.
Bu barədə “Le Parisien” qəzeti məlumat yayıb. Bildirilib ki, Milli Maliyyə Prokurorluğu (PNF) ötən ilin oktyabrında indiki Fransa Prezidentinin 2017-ci və 2022-ci illərdə seçki kampaniyaları ilə bağlı iki məhkəmə araşdırma işi açıb.

Ötən ilin dekabrında müstəntiqlər tərəfindən konsaltinq şirkətində və Emmanuel Makronun partiyası “Renessans”ın maliyyələşdirmə assosiasiyasının Fransadakı qərargahında axtarışlar aparılıb. Bundan sonra PNF bu şirkətin 2011-2020-ci illərdə Fransada korporativ vergiləri ödəmədiyini göstərən Senatın hesabatından sonra "ciddi vergi saxtakarlığı” şübhəsi ilə “McKinsey” konsaltin şirkətində araşdırmalar başladıb.

Qeyd olunub ki, məhz bu araşdırmalar kontekstində yeni elementlər ortaya çıxıb və bu, Milli Maliyyə Prokurorluğunu Emmanuel Makronun seçki kampaniyası ilə bağlı bu məhkəmə araşdırmasını açmağa vadar edib.

AzVision.az



Teqlər:





Xəbər lenti