ABŞ Tayvandakı hərbçilərinin sayını beş dəfə artıracaq

   ABŞ Tayvandakı hərbçilərinin sayını beş dəfə artıracaq
  24 Fevral 2023    Oxunub:805
ABŞ Çinin getdikcə daha inadkar hərbi mövqeyi fonunda yaxın aylarda Tayvana 100-200 əsgər göndərməyi planlaşdırır.
Bu barədə “Taiwan News” xəbər verib. Qeyd olunub ki, 22 sentyabr 2022-ci il tarixinə ABŞ Müdafiə Nazirliyinin təxminən 39 hərbçisi və əməkdaşı Tayvanda yerləşdirilib. 2016-cı ildə isə adada cəmi on amerikalı hərbçi var idi.

Tayvan prezidenti Tsai İnven ABŞ Konqresinin nümayəndələri ilə görüşdən sonra ölkəsinin avtoritar ekspansionizm və iqlim dəyişikliyinə qarşı mübarizədə ABŞ və digər demokratik tərəfdaşlarla daha fəal işləyəcəyini bildirib.

Onun sözlərinə görə, Tayvan və ABŞ hərbi əlaqələri gücləndirməyə davam edir və gələcəkdə ökə digər demokratik tərəfdaşlarla da daha fəal əməkdaşlıq edəcək.


AzVision.az


Teqlər:





Xəbər lenti