“Der Spiegel”: Rusiya Çin şirkətindən PUA almaq istəyir
![“Der Spiegel”: Rusiya Çin şirkətindən PUA almaq istəyir “Der Spiegel”: Rusiya Çin şirkətindən PUA almaq istəyir](https://azvision.az/photos/2023/02/20230224103256contentPhoto2-1677225388.jpg)
Ukraynaya qarşı hərbi təcavüzə cavab olaraq Qərbin ağır sanksiyaları altında olan Rusiya İran və Şimali Koreyadan silah, o cümlədən pilotsuz uçuş təyyarələrı alır. Lakin Çin hələ də Ukrayna müharibəsində istifadə üçün Rusiyaya silah satmayıb.
“Der Spiegel” yazıb ki, Çinin dron istehsalçısı “Xian Bingo Intelligent Aviation Technology” şirkəti 35-50 kq ağırlığında döyüş başlığı daşıya bilən “ZT-180” pilotsuz uçuş aparatının 100 prototipini istehsal etməyə hazır olduğunu açıqlayıb.
Çin istehaslı olan PUA İranın “Şahid-136” kamikadze dronuna bənzəyir. Nəşr yazıb ki, Xian Bingo Rusiyada ayda 100-ə qədər dron istehsal oluna bilən pilotsuz təyyarə istehsalı sahəsinin yaradılmasına kömək etmək planlarına malikdir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Rusiya ilə Çin şirkəti arasında dronların alınması ilə bağlı danışıqlardan xəbəri olmadığını bildirib: “Bu məsələ ilə bağlı çoxlu dezinformasiyalar yayılıb. Bunun arxasında kimin dayandığına diqqət yetirməliyik”.
AzVision.az
Teqlər: