Gürcüstan Prezidenti Kiyevə dəvət edilmədi

   Gürcüstan Prezidenti Kiyevə dəvət edilmədi
  24 Fevral 2023    Oxunub:1172
Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, hərbi əməliyyatın başlanmasının ildönümü ilə əlaqədar Kiyevdə olmaq istəyinə baxmayaraq, dəvət almayıb.
"Gürcüstan prezidenti şübhəsiz ki, bu gün Kiyevdə olmalı idi və mən buna hazır olduğumu vaxtında bildirdim. Təəssüf ki, dəvət almadım. Amma parlament dəvətə baxmayaraq, rəsmi nümayəndə heyətinin göndərilməsini lazım bilməyib”,- Zurabişvili cümə günü Ukraynada hərbi əməliyyatın başlanmasının ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.

Kiyev və Tbilisi arasında münasibətlərdə gərginlik Qaribaşvilinin ötən il fevralın 25-də Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmadığını bəyan etməsindən sonra yaranıb və bunu milli maraqlarla izah edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti