İrəvanda məktəb təmiri zamanı minalar aşkarlandı

İrəvanda məktəb təmiri zamanı minalar aşkarlandı
  24 Fevral 2023    Oxunub:919
Ermənistanda məktəb təmiri zamanı sursat aşkarlanıb. Bu barədə kriminal xəbər saytı “Shamshyan” məlumat yayıb.
Qeyd edilir ki, fəhlələr İrəvandakı məktəblərdən birinin zirzəmisində iş görərkən döyüş sursatları aşkarlayıblar.

"Günorta saatlarında aidiyyəti qurumlara daxil olan həyəcan siqnalından sonra polis əməkdaşlarından ibarət əməliyyat qrupu və xilasedici dəstə istehkamçılarla birlikdə 37 saylı məktəbə gedib. Onlar iki minanı zərərsizləşdirərək ərazidə müəyyən işlər görüblər. Məktəbdə olan hər kəs, şagirdlər təxliyə edilib",- nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan   Məktəb  





Xəbər lenti