Litvada Ukrayna üçün 14 milyon avro ianə toplandı

Litvada Ukrayna üçün 14 milyon avro ianə toplandı
  25 Fevral 2023    Oxunub:940
Litva sakinləri və biznes nümayəndələri Ukraynaya radarların alınması üçün 14 milyon avro toplayıb.
Bu barədə LRT telekanalının efirində məlumat verilib. “İlkin məqsəd 5 milyon toplamaq olsa da, ianə olunan vəsaitin məbləği 14 milyon avro təşkil edib”, - məlumatda deyilir.

Aksiya yanvarın son günlərində elan edilib. Bir radar sistemin qiyməti təxminən 1 milyon avrodur. Hazırda radarların nə vaxt alınaraq Ukraynaya təhvil veriləcəyi barədə məlumt yoxdur.

AzVision.az


Teqlər:



Xəbər lenti