Alman politoloq: “Berlinin Ukrayna münaqişəsinə müdaxilə etmək hüququ var”

      Alman politoloq:    “Berlinin Ukrayna münaqişəsinə müdaxilə etmək hüququ var”
  25 Fevral 2023    Oxunub:766
Almaniyalı beynəlxalq hüquq eksperti Klaus Kress ölkəsinin kollektiv özünümüdafiə hüququna malik olduğunu, ona görə də Ukrayna münaqişəsinə müdaxilə edə biləcəyini deyib.
O, bu barədə “Der Spiegel” jurnalına müsahibəsində bildirib. Politoloqun fikrincə, alman elitasının qətiyyətsizliyi Almaniyanın Ukraynadakı münaqişədə birbaşa iştirakına mane olur. Kress qeyd edib ki, əgər istəsə, Almaniya indi gördüyündən qat-qat daha çox iş görə bilər.

Qeyd edək ki, Almaniya Rusiya-Ukrayna müharibəsi və bununla əlaqədar Avropada elektrik enerjisi xərclərinin artması nəticəsində ötən il 100 milyard avro itirib.

Belə ki, Ukraynadakı müharibə, eləcə də bununla bağlı elektrik enerjisi xərclərinin artması Almaniyaya ötən il iqtisadiyyatın məhsuldarlığının təxminən 2,5%-ə başa gəlib ki, bu da 100 milyard avroya bərabərdir.


AzVision.az


Teqlər:



Xəbər lenti