Stoltenberq: “Rusiya qalib gəlsə, bu, faciə olacaq”

     Stoltenberq:    “Rusiya qalib gəlsə, bu, faciə olacaq”
  25 Fevral 2023    Oxunub:1228
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynadakı münaqişə danışıqlar masası arxasında bitməlidir, lakin bu, döyüş meydanındakı vəziyyətdən asılı olacaq.
O, bu barədə İspaniyanın Televisión Española teleşirkətinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Ukraynanı silahla təchiz etmək sülhə nail olmağın yeganə yoludur:

“Alyans ölkələri Rusiya prezidenti Vladimir Putinin sülhə hazırlaşdığına dair əlamətlər görmürlər, əksini görürlər. Əgər Rusiya Ukrayna üzərində qalib gəlsə, bu, faciə olacaq. Rusiyanın qələbəsi NATO üçün çox təhlükəlidir”.

AzVision.az


Teqlər:



Xəbər lenti