Norveçdə “Vaqner”in keçmiş komandiri saxlanılıb
Andrey Medvedevin vəkili Brynulf Risnes müvəkkilinin spirtli içkinin təsiri altında olduğunu bildirib. O, norveç dilini bilmədiyi üçün polisin bara niyə gəldiyini başa düşməyib. Şübhəli özünü təqsirli bilmir. Həmin şəxs bir müddət istintaq təcridxanasında olsa da, dindirildikdən sonra sərbəst buraxılıb. Andrey Medvedev zorakılıqda ittiham olunur.
Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.
2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir. Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


