Papuaşvili: “Gürcüstan və Ukraynanı bir-birinə qarşı qoymağa çalışırlar”

      Papuaşvili:    “Gürcüstan və Ukraynanı bir-birinə qarşı qoymağa çalışırlar”
  25 Fevral 2023    Oxunub:928
“Gürcüstan və Ukraynada iki dövlət arasında münasibətləri korlamağa çalışan qüvvələr var”.
Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib. Onun sözlərinə görə, bu fonda o, Ali Radadan olan ukraynalı həmkarları ilə qarşılıqlı əlaqəni yüksək qiymətləndirir.

“Biz görürük ki, ölkə daxilində müxalifətin müəyyən hissəsi yalnız bu işlə məşğuldur, bir növ Ukrayna və Gürcüstanı bir-birinə qarşı qızışdırır. Amma mən sevinirəm ki, Ukrayna Radası ilə Gürcüstan parlamenti arasında isti münasibətlər var. Hesab edirəm ki, bu il ərzində biz bunu sübut etdik”.


AzVision.az


Teqlər:



Xəbər lenti