Dünyada zəlzələlər ən çox hansı ölkələrdə olur? - ARAŞDIRMA

//Hər il orta hesabla 20 min insan zəlzələnin qurbanı olur

   Dünyada zəlzələlər ən çox hansı ölkələrdə olur? -    ARAŞDIRMA
  25 Fevral 2023    Oxunub:11435
1923-cü ildə Tokioda baş verən 7,9 bal gücündə zəlzələdə 142 807 nəfər ölüb.
> Bəs dünyada ən çox və ən güclü zəlzələ harada olur?

ABŞ hökumətinin rəsmi geologiya agentliyi olan USGS-in məlumatına görə, yer daim silkələndiyi üçün bu suala birdən-birə aydın cavab vermək çətindir.

Qurumun məlumatına görə, dünyada ən çox ölçülə bilən zəlzələlər Yaponiyada olur. Yaponiya aktiv tektonik sınma xəttində olduğu üçün bəzən aşkar edilməyən təkanlar da yaşana bilər. Ən çox hiss edilən zəlzələlər isə İndoneziyadadır.

Hər kvadrat metrə görə ən çox zəlzələnin Tonqa, Fici və ya İndoneziyada ölkələr olduğu təxmin edilir. Qurumun araşdırmasına görə, tarix boyu zəlzələlərdən ən çox zərər çəkən ölkələr Çin, İran və Türkiyə olub.

Earthquakelist.org saytının bu günə olan məlumatına görə, 2023-cü ildə Türkiyədə 499 zəlzələ baş verib və siyahıda ikincidir. Birinci yerdə isə 502 zəlzələ ilə İndoneziyadır.

Araşdırmalara görə, Türkiyədəki kimi fəlakət olmasa ildə orta hesabla 20 min insan zəlzələlərdə həyatını itirir. Zələlələr ildə 40 milyard dollar zərərə səbəb olur.

Qlobal Zəlzələ Modelləşdirmə Assosiasiyasının (GEM) baş katibi Con Şnayder deyir ki, son 50 ildə və ya son 500 ildə zəlzələ nəticəsində ölənlərin yarısı həmişə Çində olub.

Sakit Okeanın Atəş Halqası adlanan zəlzələ zonasında yerləşən Yaponiya baş verən güclü təkanlar nəticəsində ölənlərin sayını minimuma endirməyi bacaran ölkədir. Lakin bu, qısa zamanda baş tutmayıb. Rəsmi məlumatlara görə,

Dünyada indiyə qədər qeydə alınan ən güclü zəlzələ 1960-cı il mayın 22-də Çilinin Valdivia bölgəsində 9,5 bal gücündə baş verib. İkinci yerdə isə 1964-cü ildə ABŞ-ın Alyaska şəhərində 9,2 bal gücündə olan zəlzələ gəlir.

Dünyada ilk bilinən zəlzələ hazırda ən çox təkanların olduğu Yaponiyada 684-cü ildə qeydə alınıb. Zəlzələnin indiki gücü ilə 8,7 maqnitudalı olması təxmin edilir.

Bu günə qədər ən çox insan ölümü Çinin Tanşan bölgəsində baş verən zəlzələ nəticəsində olub. 1976-cı ildə baş verən təbii fəlakətdə 300 mindən çox insanın öldüyü düşünülür. 1990-2016-cı illər arasında Çində zəlzələ səbəbiylə keyfiyyətsiz tikinti nəticəsində təxminən 1 milyon insan həlak olub.

Aytən Zəhra
AzVision.az





Teqlər:



Xəbər lenti