Türkiyədə dağılan binalara görə 55 nəfər həbs edilib

   Türkiyədə dağılan binalara görə 55 nəfər həbs edilib
  25 Fevral 2023    Oxunub:1804
Türkiyədə baş verən güclü zəlzələlər nəticəsində dağılan və zədələnən binalarla bağlı aparılan istintaq prosesi çərçivəsində 612 şübhəli şəxsin məhkəməsi olub, onlardan 184 nəfəri saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ məlumat verib. O bildirib ki,Nazir, onlardan 55-nin artıq həbs edildiyini vurğulayıb. Haqqında qərar çıxarılanlardan 16 nəfər ölüb.

Bəkir Bozağın sözlərinə görə, indiyədək zəlzələ nəticəsində dağılan 7 min 598 binadan nümunələr götürülərək onların ekspertizası aparılıb.

"Zəlzələ bölgələrində digər cinayətlərlə bağlı araşdırmalar davam edir. İndiyədək 351 oğurluq hadisəsi ürydə alınıb, 284 şübhəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. 179 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Soyğunçuluqla bağlı 4 iş, 4 saxlanılan şəxs var".

AzVision.az


Teqlər:



Xəbər lenti