Putin Ərdoğana zəng etdi

   Putin Ərdoğana zəng etdi
  26 Fevral 2023    Oxunub:718
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, V.Putin Türkiyə Prezidentini ad günü münasibətilə təbrik edərək, onun Rusiya-Türkiyə münasibətlərinin inkişafına böyük şəxsi töhfəsini qeyd edib.

Liderlərin telefon danışığı zamanı ikitərəfli gündəlikdəki bəzi aktual məsələlərə toxunulub.
AzVision.az



Teqlər:



Xəbər lenti