Kahramanmaraşda yenə zəlzələ olub

    Kahramanmaraşda yenə zəlzələ olub
  27 Fevral 2023    Oxunub:970
Kahramanmaraşın Ekinözün kəndində 4,3 bal gücündə zəlzələ baş verib.
Saat 09:19-da baş verən zəlzələnin dərinliyi 7 kilometr olub.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 374 nəfərə çatıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti