Mirzoyanla Abdullahyan görüşdü, təfərrüatlar açıqlanmadı
Görüş BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 52-ci növbəti sessiyası çərçivəsində baş tutub. Maraqlıdır ki, Ararat Mirzoyanın Hüseyn Əmir Abdullahyanla olan görüşünün digər təfərrüatları açıqlanmır.
Qeyd edək ki, BMT İnsan Hüquqları Şurasının (İHŞ) fevralın 27-də Cenevrədə açılacaq 52-ci sessiyasında irqi ayrı-seçkilik və uşaqlara qarşı zorakılıqla mübarizə, əlilliyi olan şəxslərin vəziyyəti, qida və inkişaf hüququnun təmin edilməsi ilə bağlı məsələlərə baxılacaq.
Şuraya daxil olan 47 ölkənin nümayəndələri həmçinin Ukrayna, işğal olunmuş Fələstin əraziləri, Əfqanıstan, Sudan, Suriya və digər ölkələrdəki vəziyyəti müzakirə edəcəklər. Forum aprelin 4-dək davam edəcək və ən uzunmüddətli forum olacaq.
Tural Tağıyev
AzVision.az
Teqlər: İran Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


