Dünya Bankı zəlzələlərin Türkiyədən vurduğu ziyanı hesablayıb

   Dünya Bankı zəlzələlərin Türkiyədən vurduğu ziyanı hesablayıb
  27 Fevral 2023    Oxunub:1389
Dünya Bankı zəlzələlərdən Türkiyə iqtisadiyyatına dəymiş ziyanın 34,2 milyard dollar təşkil etdiyini və sonrakı təkanlar səbəbindən arta biləcəyini bildirib.
Bu barədə məlumat təşkilatın press-relizində deyilir. Fevralın 6-da baş verən iki çox güclü zəlzələ Türkiyəyə 34,2 milyard dollarlıq ziyan vurub ki, bu da 2021-ci ildə ölkənin ÜDM-nin 4%-nə bərabərdir. Qeyd olunub ki, yenidənqurma və bərpaya daha çox vəsait xərclənməlidir.

Daha əvvəl Fövqəladə Halların İdarə Olunması Agentliyinin şöbəsinin müdiri Orxan Tatar bildirib ki, Türkiyənin cənub-şərqində baş verən zəlzələlərdən sonra hər üç dəqiqədən bir afterşoklar baş verir. O qeyd edib ki, ümumilikdə 10 minə yaxın afterşok olub.

AzVision.az


Teqlər:





Xəbər lenti