ABŞ-da senator Çini hədələdi

   ABŞ-da senator  Çini hədələdi
  27 Fevral 2023    Oxunub:855
Çin hakimiyyəti başa düşməlidir ki, Ukrayna münaqişəsi çərçivəsində Rusiyaya mümkün hərbi dəstəyin müəyyən nəticələri olacaq.
Bu barədə demokrat senator Ben Kardin bildirib. Onun sözlərinə görə, bu halda ABŞ Çin hökumətinə qarşı sanksiyalar tətbiq etməklə cavab verə bilər. “Çin bilməlidir ki, bunun nəticələri olacaq. Biz Rusiyanı iqtisadi cəhətdən təcrid etdik. Çinə də sanksiyalarla eyni şeyi edə bilərik”, - Kardin bildirib.

ABŞ senatoru qeyd edib ki, Pekin tarixin düzgün tərəfində öz yerini tutmalı və Rusiyanı dəstəkləməkdən imtina etməlidir. O, həmçinin əlavə edib ki, Ağ Evin Çinə qarşı mövqeyinə baxmayaraq, Çin Ukrayna münaqişəsində ABŞ-ın yanında olmalıdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti