Qarabağ xalçalarını oğurlayan erməni sexi bağlandı -FOTOLAR

Qarabağ xalçalarını oğurlayan erməni sexi bağlandı    -FOTOLAR
  28 Fevral 2023    Oxunub:2038
Ermənistanın qondarma rejimin adı ilə yaratdığı "Artsax Carpet" şirkəti iflasa uğrayıb. AzVision.azxəbər verir ki, bu barədə erməni jurnalist və aktyor Qaqik Arutyunyan məlumat yayıb.
O qeyd edib ki, bir vaxtlar reportaj hazırladığı və xalça toxunması ilə məşğul olan zavod artıq bağlanıb.

Şuşa muzeyləri belə talan edilib - Erməni deputat özlərini ifşa etdi
“Şirkət son əsərini toxuyaraq qapılarını bağladı. Qarabağın onlarla sakininin(etnik erməniləri nəzərdə tutur-red.) yeganə gəlir mənbəyi dayandı", -Arutyunyan gileylənib.
O, sexin Azərbaycan mədəniyyətinə məxsus naxışların oğurlanması ilə toxunan sonuncu xalçasının da fotosunu paylaşıb.



Qeyd edək ki, ermənilər uzun illər nəinki tarixi, nadir Qarabağ xalçalarını oğurlayıb, sərgilərdə öz adlarına çıxarıblar, hətta bu cür sexlərdə milli ornamentlərimizi də mənimsəməklə "erməni xalçaları" adıyla istehsal ediblər. Maraqlıdır ki, jurnalistin bağlanan şirkətlə bağlı yaydığı videoda işçilərin üzərinə qondarma Artsax deyil, "Qarabağ Carpet" yazılan önlüklər geyindiyi aşkar sezilir. Bundan başqa, şirkətin saytında əsas ofisin İrəvanda olduğu qeyd edilib.




Tural Tağıyev
AzVision.az



Teqlər:   Xalça   Qarabağ  





Xəbər lenti