Zəlzələnin simvoluna çevrilən ataya evlərini bağışladılar

   Zəlzələnin simvoluna çevrilən ataya evlərini bağışladılar
  28 Fevral 2023    Oxunub:803
Kahramanmaraşda zəlzələ zamanı dağıntılar altında həyatını itirən 15 yaşlı İrmak Leyla Hançerin ölümünə bütün Türkiyə gözyaşı tökmüşdü.
Məşhur sənətçi Ebru Yaşar və iş adamı olan həyat yoldaşı Necat Gülseven əsrin ən böyük zəlzələsinin simvoluna çevrilən atası Məsut Hançərə kömək əlini uzadıb. Dağıntılar altında həyatını itirən qızı İrmak Leylanın əlini buraxmayan Məsut Hançer üçün ev alacaqlarını deyən Ebru Yaşar:

"Məsut bəylə qızının bu ürəkağrıdan şəkli yaddaşımızdan silinməyəcək. Kədərli ailə ilə danışdıq, onlar Ankarada yaşamaq istəyirlər. Ən təcili şəkildə həm Ankarada onların evini quracağıq, həm də bütün ailəni iş imkanları ilə təmin edəcəyik. Rəbbim bu ağrını yaşayan bütün vətəndaşlarımıza kömək olsun, edilən bütün xeyirxah əməlləri, duaları qəbul etsin",-bildirmişdi.

Ebru Yaşar və Necat Gülseven Ankaradakı evlərini Məsut Hançerə təhvil verib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti