Putini qulağında əriştə ilə dinlədi: Partiyadan qovulur
Bundan əlavə, Kommunist Partiyasının rayon təşkilatının rəhbərliyinə deputatın cəzalandırılması və partiyadan xaric edilməsi məsələsinə baxılması tövsiyə olunub. Abdalkinlə bağlı materiallar hüquq-mühafizə orqanlarına da göndərilə bilər.
Bundan əvvəl deputat Abdalkin “VKontakte” sosial şəbəkəsində prezidentin müraciətini qulaqlarında əriştə ilə dinləməsi ilə bağlı videonu yerləşdirib. Bununla o, Samara parlamentarisinin fotosunu dərc edən Dövlət Dumasının deputatı Aleksandr Xinşteyni qəzəbləndirib.O, kommunistləri partiya üzvünü cilovlamağa çağırıb.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Federal Məclisə ənənəvi müraciətlə çıxış edib. Müraciət zamanı Rusiya lideri bir sıra sosial xarakterli təşəbbüslərlə çıxış edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: