NATO-nun Baş katibi: "Rusiyanın qələbəsi böyük risklər daşıyır"

      NATO-nun Baş katibi:    "Rusiyanın qələbəsi böyük risklər daşıyır"
  28 Fevral 2023    Oxunub:640
NATO-nun Ukraynaya yardımının genişləndirilməsi eskalasiya riski olmadan mümkün deyil.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, Alyans üçün Rusiyanın qələbəsi böyük risklər daşıyır.

"Bəziləri qorxur ki, Ukraynaya yardım eskalasiya riski daşıyır. Deyim ki, münaqişə başlayandan bəri risksiz variantlar yoxdur, lakin Rusiyanın qələbəsi daha böyük risk daşıyır və bu, gücdən istifadənin siyasi nəticə verə biləcəyini təsdiq edəcək" - Stoltenberq əlavə edib.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti