Politico: "Ukraynalı qaçqınların üçdə biri vətənlərinə qayıtmaq istəyir"

      Politico:    "Ukraynalı qaçqınların üçdə biri vətənlərinə qayıtmaq istəyir"
  28 Fevral 2023    Oxunub:858
Hər üçüncü ukraynalı qaçqın vətəninə qayıtmaq istəyir. AzVision.az xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa İttifaqının (Aİ) Əsas Hüquqlar Agentliyinin (FRA) keçirdiyi sorğusuna əsasən məlumat yayıb.
Saytın məlumatına görə, respondentlərin demək olar ki, yarısı depressiyadan şikayətlənib. Əvvəllər isə qaçqınların 61 faizi sərhədi keçdikləri andan gələcəyə nikbin baxırdılar. Bundan başqa rəyi soruşulanların yalnız üçdə biri işinin olduğunu təsdiqləyib. 79 faiz isə maddi çətinliklərlə üzləşib. Məşğulluqda əsas maneə isə ukraynalıların onları qəbul edən ölkənin dilini bilməməsidir.

SVT : "İsveçdə yüzlərlə ukraynalı hər gün qida ala bilmir"
Agentliyin direktoru Maykl Oflaherti isə belə hesab edir ki, qaçqınların ayrı-ayrı ölkələrə, cəmiyyətlərə adaptasiyası üçün uzunmüddətli effektiv tədbirlər görmək lazımdır.

Qeyd edək ki, 2022-ci ilin avqust-sentyabr ayları arasında keçirilən onlayn sorğuda Almaniya, Polşa, İspaniya, İtaliya, Çexiya və Estoniya da daxil olmaqla Avropa İttifaqının müxtəlif ölkələrində yaşayan 14 685 ukraynalı qaçqın iştirak edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qaçqın   Ukraynalı   Avropa-İttifaqı  





Xəbər lenti