Ukraynalı deputat humanitar dəstəyə görə Azərbaycana təşəkkür etdi

Ukraynalı deputat humanitar dəstəyə görə Azərbaycana təşəkkür etdi
  28 Fevral 2023    Oxunub:793
Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Kreydenko Azərbaycanın Ukraynaya göstərdiyi humanitar və mənəvi dəstəyə görə təşəkkürünü bildirib.
AzVision.az xəbər verir ki, bu barədə o, Milli Məclisin və Ukrayna Ali Radasının parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında keçirilən görüşdə söz açılıb.

Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Ukrayna parlament nümayəndə heyətini Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirib. O, iki ölkə arasındakı dostluq münasibətləri, Azərbaycan və Ukrayna xalqlarını birləşdirən dəyərlər, parlament diplomatiyasının yaratdığı imkanlar, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, parlamentlərarası münasibətlərin genişləndirilməsində dostluq qruplarının rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti, regional təhlükəsizlik və digər məsələlər barədə fikirlərini bölüşüb.

Görüşdə Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Kreydenko ölkəmizə səfərindən məmnunluğunu bildirib.

O, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin perspektivləri barədə danışıb.

AzVision.az



Teqlər:





Xəbər lenti