ÜST rəhbəri Türkiyədəki zəlzələ bölgəsinə gedib
![ÜST rəhbəri Türkiyədəki zəlzələ bölgəsinə gedib ÜST rəhbəri Türkiyədəki zəlzələ bölgəsinə gedib](https://azvision.az/photos/2023/02/thumbs_b_c_898759b2b5385fcc17056e8c20461819-1677602805.jpg)
Baş direktor türk xalqı ilə həmrəy olduqlarını vurğulayıb, çoxlu sayda insan tələfatına görə başsağlığı verib.
O, dağıntıların miqyasını “inanılmaz” kimi xarakterizə edib: “Bu, ən yeni tarixdə ən qorxulu fəlakətlərdən biridir. 44 mindən çox insanın ölümü, 108 mindən çox insanın xəsarət alması çox şeydən xəbər verir”.
Qebreyesus Türkiyə səhiyyə naziri ilə fövqəladə vəziyyət zonasında çadır şəhərciklərində müvəqqəti yaşayan vətəndaşların problem və ehtiyaclarını da müzakirə edib.
AzVision.az
Teqlər: