Yaponiyada uşaqlar arasında intiharların sayı rekord həddə çatdı

   Yaponiyada uşaqlar arasında    intiharların sayı rekord həddə çatdı
  01 Mart 2023    Oxunub:870
Yaponiyada 2022-ci ildə uşaqlar arasında intiharların sayı 2021-ci ilə nisbətən artaraq rekord həddə çatıb.
Bu barədə “NHK” telekanalı Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Ötən il 512 məktəbli intihar edib ki, bu da 2021-ci illə müqayisədə 39 nəfər çoxdur.

Təhsil naziri Keyko Naqaoka təhsil komitələrinə uşaqlarda intihar etmək istəyini göstərən təhlükə əlamətlərini axtarmaq üçün səy göstərməyi tapşırıb.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti