Qutteresdən 6 il sonra İraqa ilk səfər

   Qutteresdən 6 il sonra İraqa ilk səfər
  01 Mart 2023    Oxunub:769
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres 6 ildən sonra ilk dəfə İraqa gedib.
Quterreş paytaxt Bağdadda İraqın xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb. Görüşdən sonra Qutteres və Hüseyn kameralar qarşısında qısa açıqlama verib.

BMT-nin baş katibi Qutteres "İraqa səfər etməkdən xoşbəxtəm. Əminik ki, iraqlılar bütün siyasi və təhlükəsizlik problemlərinin öhdəsindən gələcəklər", - bildirib.

BMT-nin baş katibi Qutteresin Bağdaddakı təmasları çərçivəsində İraq prezidenti Əbdüllətif Rəşid, baş nazir Məhəmməd Şia əs-Sudani və digər hökumət rəsmiləri ilə görüşləri gözlənilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti