"Biz hansısa bəhanələrin arxasında gizlənmirik" - Ərdoğan
!["Biz hansısa bəhanələrin arxasında gizlənmirik" - Ərdoğan "Biz hansısa bəhanələrin arxasında gizlənmirik" - Ərdoğan](https://azvision.az/photos/2023/03/14804-1566822306-1677663558.jpg)
""Əsrin fəlakəti" adlandırılan zəlzələlərdən sonra biz 11400-dən çox afterşok qeydə almışıq. Zəlzələ bölgəsində və onun ətrafında maqnitudası 4, 5, 6-nı keçə bilən afterşokların olması narahatlığı davam edir.
Son məlumatlara görə, zəlzələ nəticəsində dağılmış və ciddi ziyan çəkən 203 min 958 binada 583 min 628 müstəqil hissə var. Bunların 98%-i 2000-ci ildən əvvəl tikilmiş binalardır.
Bu rəqəmlər göstəririk ki, təkcə ölkəmizdə deyil, bütün dünyada belə çox ölümün yaşadığı təbii fəlakətə eyni anda müdaxilə edəcək xilasetmə qrupu tapmaq mümkün deyil. Biz hər hansı bəhanələrin arxasında gizlənmirik.
AFAD-dan başqa bələdiyyələrimizi, qeyri-hökumət təşkilatlarımızı, jandarmamızı, səhiyyə işçilərini, mədənçiləri, prokurorları, bir sözlə, sahədə lazım ola biləcək hər kəsi səfərbər etdik. Biz 90 ölkədən bölgəyə gələn komandaları tez bir zamanda əraziyə gətirdik. Buna baxmayaraq, fasilələr və gecikmələr olub. Hamı şahiddir ki, biz bütün gücümüzlə zəlzələdən zərərçəkənlərin yanına qaçmışıq", deyə Ərdoğan əlavə edib.
Ərdoğan Türkiyəyə kömək edən ölkələrə də təşəkkür edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: