Nikol bu gün 1 mart işinin üstününü açıldığını elan etdi. Lakin qətllərə görə məsuliyyət daşıyanların hələ də müəyyən edilmədiyini bildirdi. Öllkənin ikinci prezidentinə qarşı uydurma iş və məhkəmə qərarı sübut etdi ki, onun 2008-ci ildəki 1 mart hadisələrinin təşkilinə heç bir aidiyyəti olmayıb. Prezident öz fəaliyyətində yalnız qanun çərçivəsində rəhbərlik edib.
![]() |
“Yenidən müharibə olsa, Zəngəzuru itirəcəyik” - Artak Zakaryan |
O iddia edib ki, mart hadisələrinin təşkilatçıları Ermənistanın daxili siyasi sabitliyini pozmaq və Robert Köçəryandan sonra prezident seçilən Serj Sarkisyanın Qarabağ məsələsində danışıqlar mövqelərini zəiflətmək üçün hər şeyi etməyə çalışıblar. Guya ikinci və üçüncü prezidentlər ölkədə iğtişaşlara səbəb olan daxili siyasi təxribatın qarşısını almaqla Ermənistanın güclü danışıqlar mövqeyini qoruyub saxlaya biliblər: "2018-ci ildə eyni məzmunlu müxalifət, indiki iqtidar mart hadisələrini təkrarlamaq istəyirdi. Serj Sarkisyan kameralar qarşısında “1 martı unutmusunuz” dedikdə, çoxları bunu hədə kimi qəbul etdi. Bununla belə, 2018-ci ilin aprel-may aylarında Nikol baş nazir seçilməsəydi, “Mənim addımım” hərəkatı xalqı sivil toqquşmalara və üsyanlara aparmağa hazır idi. Paşinyan aşkar deyirdi ki, “ya mən baş nazir olacam, ya da bu ölkədə baş nazir olmayacaq".
Xatırladaq ki, 2008-ci il martın 1-də İrəvanda qanlı iğtişaşlar baş verib. Nəticədə 10 nəfər dinc sakin öldürülüb, 200-ü müxtəlif dərəcəli xəsarət alıb, daha 100 nəfər isə həbs edilmişdi. 1 mart hadisələrinin öyrənilməsi və faktların toplanması üzrə qrup uzun illər hadisələrdə əli olanları üzə çıxara bilmədi.
Erməni cəmiyyəti həmin gün yaşananlarda Serj Sarkisyan və komandasının birbaşa əli olduğunu deyir. Ozamankı cinayətkar rejimin məhkəmə qarşısına çıxarılaraq laiqli cəza alması isə təmin olunmayıb.
Tural Tağıyev
AzVision.az