Abramoviç Adnan Oktarın villasını aldı

   Abramoviç Adnan Oktarın villasını aldı
  01 Mart 2023    Oxunub:971
Türkiyədə “Adnan hoca” kimi tanınan və 8658 il həbs cəzası alan Adnan Oktarın Çengelköydəki lüks villası satılıb. Villanı alan şəxsin adı hər kəsi təəcübləndirib.
Həmin adamın Ukrayna-Rusiya müharibəsi başlayandan sonra İngiltərəni tərk edərək İstanbulda malikanə kirayəyə götürdüyü xəbərləri yayılan rusiyalı milyarder Roman Abramoviçin olduğu bildirilir. Yazar Dilek Güngör "Adnan Oktarın villasını kim aldı" başlıqlı yazısında qeyd edib:

Öyrəndim ki, Abramoviç Çengelköyün Anadolu tərəfində, boğaza baxan villa alır. Bilirsiniz ki, orada cinayət təşkilatının lideri, camaat arasında “Adnan Hoca” kimi tanınan Adnan Oktarın 190 milyon TL-yə satışa çıxarılan villası var.

Bildiyimə görə böyük yerdir... Oktar dəstəsinə qarşı əməliyyatlar aparılanda oradan fotolar gündəmə gəlmişdi".

Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti